Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 27.07.2024 22:52
Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində həlak olanların sayı 10-a çatıb.
APA xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti Magen David Adom məlumat yayıb.
İdarənin mətbuat xidmətinin məlumatına görə hadisə zamanı 6 nəfər ağır, 3 nəfər orta dərəcəli, 10 nəfər isə yüngül olmaqla daha 19 nəfər xəsarət alıb.
***
20:46
İsrailin “Kanal 12” kanalı Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində 9 nəfərin həlak olması ilə bağlı məlumat yayıb.
APA əl-Cəzirəyə istinadən xəbər verir ki, Livandan atılan raketin Məcdəl Şəms bölgəsinə düşməsi nəticəsində 7-sinin vəziyyəti ağır olmaqla 30 nəfərin də yaralandığı bildirilir.
İsrailin Baş naziri Binyamin Netanyahu insidentin təfərrüatları barədə məlumat aldıqdan sonra Vaşinqtondan təhlükəsizliklə bağlı məsləhətləşmələr aparır.