İsrail Colana atılan raketin “Hizbullah”ın arsenalına aid olduğunu açıqlayıb

Tarix: 28.07.2024 03:03

İsrail hərbçiləri Colanda duruzların yaşadığı Məcdəl Şəms kəndinə hücumun “Hizbullah” hərəkatının arsenalından İrana məxsus “Fələq-1” raketi ilə həyata keçirildiyini güman edir.

APA xəbər verir ki, bunu jurnalistlərə İsrailin Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari deyib.

“Fələq-1 raketi futbol meydançasına düşüb. Bu, İran istehsalı olan raketdir, döyüş başlığı 50 kq-dan çox partlayıcı daşıya bilir”, - deyə o, açıqlaması zamanı deyib.

Qeyd edək ki, İsrail hökuməti hücum səbəbilə Livan və “Hizbullah”ı günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.

Öz növbəsində isə “Hizbullah” hadisə ilə əlaqəsini inkar edir.

Xəbər Lenti