Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 28 Jul 2024 06:48
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Colan təpələrinin raket atəşinə tutulmasına cavab olaraq Livanın cənubundakı Əl-Xiyam şəhərində “Hizbullah”ın forpostuna hücum edib.
APA xəbər verir ki, Al Jadeed telekanalının verdiyi məlumata görə, təyyarələr "Hizbullah" döyüşçülərinin bazasına iki reyd keçirərək atəş nöqtələrinə və silah-sursat anbarlarına hücum ediblər.
İsrail hərbçilərinin məlumatına görə əvvəlcə İsrail artilleriyası Colan təpələrinin atəşə tutulduğu Şebaa kəndinin kənarına güclü atəş açıb.