Slovakiya baş nazirinin müavini Olimpiadanın bağlanış mərasiminə getməkdən imtina edib

Tarix: 29.07.2024 00:20

Slovakiya baş nazirinin müavini Tomaş Taraba açılış mərasimindən narazı olduğu üçün Olimpiya Oyunlarının bağlanış mərasiminə getməkdən imtina edib.

APA xəbər verir ki, siyasətçi bu barədə öz şəxsi “Facebook” hesabında açıqlama verib.

“Mən bağlanış mərasimində Slovakiyanı təmsil etməli idim. Lakin normal dünya üçün bu Olimpiada həmişə idmanın gözəlliyindən sui-istifadə edən və onu mütərəqqi siyasi teatra çevirən iyrənclik rəmzi olaraq qalacaq. Buna görə də mən bağlanış mərasimində iştirak etməmək qərarına gəldim.”, - deyə siyasətçi bildirib.

Xəbər Lenti