İsrailin XİN rəhbəri Ərdoğanı hədələyən paylaşım edib - FOTO

Tarix: 29.07.2024 01:37

İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədələyib.

APA xəbər verir ki, Katz öz “X” hesabında İraqın sabiq prezidenti Səddam Hüseyn və Ərdoğanın şəkillərini yan-yana yerləşdirərək Ərdoğana qarşı hədələyici ifadələr işlədib.

Katz Ərdoğanla bağlı paylaşımında bunları yazıb:

“Ərdoğan Səddam Hüseynin yolunu gedir və İsraili hücumla hədələyir. Orada nə olduğunu və necə başa çatdığını xatırlamasına icazə verin."

Xəbər Lenti