Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 29.07.2024 02:45
Rusiya prezidenti Vladimir Putin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşməyə hazırlaşır və İran tərəfi artıq tədbirə dəvət olunub.
APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə açıqlamasında bildirib.
“İran tərəfi artıq tədbirə dəvət olunub və ümid edirik ki, yeni prezident sammitə gələcək və biz onu görməkdən şad olarıq. Cənab prezident Putin də görüşə hazırlaşır”, - deyə Kreml sözçüsü bildirib.