Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 29.07.2024 04:47
İsrail mediasının məlumatına görə, İsrail ordusu Livanın cənubundakı “Hizbullah” mövqelərinə zərbələr endirir
APA xəbər verir ki, İsrailin rəsmi televiziyası KAN-ın məlumatına görə İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Livanın cənubundakı sərhədə yaxın “Hizbullah”ın nəzarətindəki məntəqələrə hücumlar təşkil etdiyi bildirilir.
Xəbərdə hava hücumu ilə bağlı ətraflı məlumat verilməyib. İsrail ordusundan da hələlik mövzu ilə bağlı açıqlama yoxdur.
Livan tərəfi də hücumlarla bağlı heç bir açıqlama verməyib.