Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 29.07.2024 10:09
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk səması üzərində 19 ədəd pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov məlumat verib.
O bildirib ki, hücum nəticəsində elektrik xətləri və bir ədəd körpü sıradan çıxarılıb.
Qubernatorun sözlərinə görə, PUA-lardan sonuncusu Medvensk rayonu üzərində məhv edilib.
A. Smirnov həmçinin əhalini PUA-ların qalıqlarına yaxınlaşmamağa və təhlükə anında müvafiq strukturlara xəbər verməyə çağırıb.