Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 29.07.2024 12:51
Gürcüstan Parlamentində müxalifəti təmsil edən 38 deputat Xarici təsir haqqında qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
APA-nın “Sputnik-Грузия”ya istinadən xəbərinə görə, sənəddə qeyd olunub ki, qanunun ləğv edilməməsi ölkəyə qarşısıalınmaz ziyan vura bilər. Müraciətdə Konstitusiyanın 78-ci maddəsi ilə ziddiyyət təşkil edən bu qanunun ölkədə keçiriləcək parlament seçkisinədək ləğv olunması tələb edilir.
Qeyd olunur ki, sənəd Gürcüstanın Avro-Atlantik inteqrasiyasına ciddi əngəl yaratdığı üçün onun qüvvəsi dərhal dayandırılmalıdır.