Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 29 Jul 2024 18:02
Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir.
APA-nın "Sputnik-Armenia"ya istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransında bildirib.
O deyib ki, ölkəsinin daha əvvəl Azərbaycana sərhədboyu insidentlərin araşdırılması və silahlanmaya birgə nəzarətlə bağlı göndərdiyi təkliflər qüvvəsində qalır.