Fitso: Ukraynaya dizel yanacağının göndərilməsi dayandırıla bilər

Tarix: 29.07.2024 19:32

Ukrayna ərazisindən Rusiya neftinin nəqli bərpa olunmasa bu ölkəyə dizel yanacağının göndərilməsi dayandırılacaq.

APA-nın yerli “dennikn.sk” portalına istinadən xəbərinə görə, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib.

O deyib ki, ölkənin neft şirkəti olan “Slovnaft”a bununla bağlı müvafiq tapşırıq verilib. R. Fitso həmçinin Avropa İttifaqının mövcud vəziyyətdən çıxması üçün Rusiya ilə münasibətlərə yenidən baxmalı olduğunu bildirib.

Xəbər Lenti