Gürcüstan Ukraynadakı münaqişə ilə əlaqədar ölkədə terror aktları riskini açıqlayıb

Tarix: 30.07.2024 00:16

“Ukraynada silahlı münaqişə davam etdiyi bir vaxtda Gürcüstanda terror aktları riski qalmaqdadır.”

APA xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.

“Ukraynada müharibə davam etdikcə risklər də davam edir. Nə qədər ki, kontekst bu şəkildə qalacaq, bu risklər də ölkəmizdə qalacaq. Buna əsaslanaraq biz dəfələrlə təkrar etmişik və təkrar edə bilərik ki, gələn il müharibənin başa çatmasına çox böyük ümidlər bəsləyirik. Bir daha deyim ki, bizim hesablamalarımıza görə Ukraynada müharibə ən geci gələn il başa çatmalıdır”, - deyə Kobaxidze bildirib.

Xəbər Lenti