Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 30 Jul 2024 01:20
Venesuela Argentina, Çili, Peru, Kosta-Rika, Panama, Dominikan Respublikası və Uruqvaydakı səfirlərini geri çağırıb.
APA "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb adı çəkilən ölkələrin Venesuelada keçirilən Prezident seçkisinin nəticələrini tanımamasıdır.
Qeyd edək ki, bir qədər əvvəl ölkə Parlamenti Nikolas Maduronu növbəti dəfə Prezident vəzifəsinə təsdiqləyib.