Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 30.07.2024 03:44
ABŞ-ın sabiq prezidenti Donald Tramp iddia edir ki, OPEK ölkələri ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçkilərdə qalib gələcəyini ümid edərək neftin qiymətini aşağı salmağa çalışırlar.
APA TASS-a istinadən xəbər verir ki, prezidentliyə namizəd Donald Tramp bunu öz “Truth” hesabında yazıb.
"OPEC ölkələri çılğın Kamala Harrisin qalib gələcəyi ümidi ilə neftin qiymətini aşağı salmaq üçün hər şeyi edirlər. O zaman həqiqətən də faydalarını görəcəklər! Harris ABŞ üçün fəlakət olacaq!", - deyə o, yazıb.