Venesuelanın paytaxtında silah səsləri eşidilib

Tarix: 30.07.2024 03:23

Venesuelanın paytaxtı Karakasda prezident seçkilərinə qarşı etirazlar zamanı atışma olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, paytaxt küçələrində etiraz aksiyaları zamanı silah səsləri eşidilib. Hadisə ilə bağlı hələ ki, geniş məlumat verilməyib.

Qeyd edək ki, hazırda Nikolas Maduronun prezident seçilməsi səbəbilə paytaxtın bəzi ərazilərində etiraz aksiyaları keçirilir.

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ölkə Silahlı Qüvvələrinə müraciət edərək, seçkinin nəticələrinə görə 51,2 faiz səslə qalib gələn Venesuelanın hazırkı prezidenti Nikolas Maduronun devrilməsini istəmişdi.

Səsvermənin nəticələri Argentina, Çili və Peru tərəfindən tanınmayıb.

Xəbər Lenti