Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinala yüksəlib

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinala yüksəlib

Tarix: 22 Nov 2026 11:33

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha iki üzvü yarımfinala yüksəlib.

Bilalhəbaşi Nəzərov (50 kq) Filip Horvatı (Çexiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). İkiqat Avropa çempionumuz yarımfinalda David Zaxari (İsrail) ilə döyüşəcək.

Zidan Hünbətov (55 kq) Nikola Maksimoviçdən (Serbiya) güclü olub. O, rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Hünbətov finala gedən yolda Kristofer İppokratla (Fransa) qarşılaşacaq.

Beləliklə, yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) da bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar noyabrın 24-də olacaq.

ApaSport Boks U-23 Avropa çempionatı Azərbaycan millisi Xorvatiya Poreç Bilalhəbaşi Nəzərov Zidan Hünbətov Məhəmmədəli Aşırəliyev Nicat Alırzayev yarımfinal bürünc medal

Mənbə: apa.az

Xəbər Lenti