Azad edilmiş ərazilərdə daha 62 mina, 468 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 62 mina, 468 PHS aşkarlanıb

Tarix: 23 Nov 2026 12:18

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.11.2026 - 22.11.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 46 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 468 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 469,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mina ANAMA

Mənbə: apa.az

Xəbər Lenti