Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib

Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib

Tarix: 23 Nov 2026 11:59

Bu ilin may ayında SOCAR-ın “Italiana Petroli” şirkətində nəzarət payı əldə etməsi ölkəmizin İtaliya iqtisadiyyatında uzunmüddətli investor kimi iştirakını gücləndirib.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–İtaliya Biznes Forumunda bildirib.

“Beləliklə, Azərbaycan İtaliyanın enerji bazarında həm təchizatçı, həm də uzunmüddətli investor kimi iştirak edir. Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliya şirkətləri də ölkəmizdə uğurla fəalliyyət göstərir və biz bunun genişləndirilməsində maraqlıyıq. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin həcmi 12 milyard ABŞ dollarına yaxın olub. Bu il daha yüksək nəticələr gözləyiril. Bu ilin ilk doqquz ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9 milyard ABŞ dollarını ötüb. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir”.

İlahə Səlimova Azərbaycan-İtaliya Biznes Forumu SOCAR İtaliana Petroli İtaliya Mikayıl Cabbarov

Mənbə: apa.az

Xəbər Lenti