Bazar ertəsi, 23 Noyabr, 2026
Tarix: 23 Nov 2026 13:34
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Müseyib Bağırov küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "Hyundai" markalı minik maşını toqquşub. Daha sonra "Hyundai" idarəetmədən çıxaraq yol kənarındakı dayanan "Opel"ə, daha sonra yük avtomobilinə arxadan çırpılıb.
Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fuad Nazimoğlu Gəncə yol qəza xəsarət
Mənbə: apa.az