İtaliya Azərbaycanla kritik xammal sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

İtaliya Azərbaycanla kritik xammal sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Tarix: 23 Nov 2026 12:08

Azərbaycan İtaliya üçün strateji və etibarlı tərəfdaşdır.

APA xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan İtaliya üçün strateji tərəfdaşdır və son illərdə iki ölkə arasında münasibətlər daha da möhkəmlənib. Nazir İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Giorgia Meloninin Azərbaycana səfərlərinin bu tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Antonio Tajani qeyd edib ki, biznes forumu mövcud əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltməli, iki ölkənin vətəndaşlarına daha çox fayda gətirməlidir. Nazirin sözlərinə görə, forumda İtaliyadan 200-dən çox şirkət iştirak edir.

İtaliyalı nazir Azərbaycanla kritik xammal sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, tərəflər Afrika və dünyanın digər bölgələrində birgə fəaliyyət göstərərək xammalın maya dəyərini azaltmaq və sənaye istehsalının rəqabət qabiliyyətini artırmaq niyyətindədirlər.

Tajani Azərbaycanın enerji sahəsində əməkdaşlığını da yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük təbii qaz təchizatçısıdır.

İlqar Xudiyev #Azərbaycan #İtaliya

Mənbə: apa.az

Xəbər Lenti