Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB

Tarix: 23 Nov 2026 17:10

Noyabrın 23-də prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edib.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsi ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.

Əlavə suallarla bağlı 361-00-80, 437-28-56, 361-00-77, 361-00-78, 361-00-79 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

***

10.27

Prokurorluq orqanlarına qulluğa qəbul üzrə 30 vakant ştat vahidi üçün keçirilən müsabiqənin yazılı imtahanında 133 namizəd iştirak edir.

APA xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, keçirilən imtahan prokurorluq orqanlarına qulluğa qəbul üzrə sayca 28-ci müsabiqədir: “Birinci mərhələ test imtahanı olub, Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. Həmin mərhələni uğurla başa vuran namizədlər yazılı mərhələyə buraxılıblar. Müsabiqənin üçüncü mərhələsi isə müsahibədir".

Baş prokurorun müavini bildirilb ki, bu il prokurorluğa qulluğa qəbul qaydalarında dəyişiklik edilməyib, müsabiqə şəffaf prosedurlar və bütün namizədlərə bərabər imkanların yaradılması prinsipi əsasında keçirilir.

Onun sözlərinə görə, kadr siyasətinin əsas məqsədlərindən biri yüksək nəzəri biliklərə malik istedadlı gəncləri müəyyənləşdirməkdir. Eyni zamanda, dövlətçiliyə sədaqəti ilə seçilən yeni nəsil hüquqşünaslar yetişdirməkdir.

Emin Şirvanzadə Prokurorluq qulluğa qəbul yazılı imtahan
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı yazılı imtahan keçirilib - FOTO - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti