Almaniya Kansleri: Avropa Rusiya ilə danışıqlara hazırdır

Almaniya Kansleri: Avropa Rusiya ilə danışıqlara hazırdır

Tarix: 23 Nov 2026 19:32

Avropa Rusiya ilə danışıqlara hazırdır.

APA xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts NATO-nun Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Ukrayna, Rusiya, Avropa və ABŞ-ın iştirakı ilə müşavirlər səviyyəsində görüş keçirilə bilər. Kansler danışıqların mümkün məkanı kimi Əbu-Dabini təklif edib.

Kansler, həmçinin, eskalasiyanın qarşısını almaq üçün Baltik dənizindəki vəziyyətlə bağlı intensiv danışıqların aparılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqelərini müzakirə etmək üçün Avropa nümayəndələrini dəvət etdiyini bildirib. O qeyd edib ki, bundan sonra Rusiya tərəfi Kiyevlə dialoqun gələcək formatını müəyyənləşdirəcək.

Almaniya Kansleri Fridrix Merts NATO-nun Baş katibi Mark Rutte

Mənbə: apa.az

Xəbər Lenti