Bazar ertəsi, 23 Noyabr, 2026
Tarix: 23 Nov 2026 19:14
Noyabrın 25-də Avropa Parlamentində Gürcüstanla bağlı növbəti müzakirələr aparılacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.
Debatlar Gürcüstanda “siyasi məhbusların işi” mövzusunda qətnamə layihəsi ətrafında təşkil olunacaq. Sənədin noyabrın 26-da Avropa Parlamentinin plenar sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Avropa Parlamentində Gürcüstanla bağlı sonuncu müzakirələr ötən ay baş tutub. Nəticədə Gürcüstanla bağlı tənqidi qətnamə qəbul olunub. Gürcüstan hakimiyyəti Avropa Parlamentində aparılan debatların və qəbul edilən sənədlərin ölkə cəmiyyəti üçün maraqlı olmadığını bildirib.
Cəmilə Babayeva Avropa Parlamenti qətnaməMənbə: apa.az