Cümə axşamı, 14 May, 2026
Tarix: 12 Dec 2023 12:18
Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev İşsizlikdən sığorta haqqında qanuna dəyişikliyin ilkin versiyasında pay torpağı olan şəxslərə də sığorta ödənişi veriləcəyi ilə bağlı müddəanın layihədən çıxarılmasına münasibət bildirib.
APA-nın xəbərinə görə, o, bu barədə məlumatlı olmadığını bildirib. Nazir deyib ki, kim layihədə belə bir şey olduğunu deyibsə, bu, tamamilə yalandır.
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı Əmək və sosial siyasət kKomitəsinin sədri Musa Quliyev demişdi ki, torpaq payı olanlara da işsizlikdən sığorta ödənişinin verilməsi nəzərdə tutulub.