“Sabah” – “Barselona” oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişəcək

“Sabah” – “Barselona” oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişəcək

Tarix: 24 Nov 2026 17:43

Noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

"APA-Economics" bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

İlahə Səlimova avtobus dəyişiklik “Sabah” – “Barselona” oyunu futbol Bakı Olimpiya Stadionu Milli Həmrəylik küçəsi

Mənbə: apa.az

Xəbər Lenti