Çərşənbə axşamı, 24 Noyabr, 2026
Tarix: 24 Nov 2026 17:35
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. ƏƏSMN-dən APA-ya verilən məlumata görə, həmin sakinlərdən artıq 267 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.
Bildirilib ki, onlardan 255 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb), 12 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Qeyd edilib ki, hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır: "Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir".
Günay Elşən ƏƏSMN Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış Kəlbəcər məşğulluqMənbə: apa.az