Çərşənbə, 25 Noyabr, 2026
Tarix: 25 Nov 2026 17:50
“Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları” yeni redaksiyada təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Beləliklə, yeni Normalata əsasən, idman tədbirlərinin iştirakçıları (idmançı, məşqçi, hakim, tibbi heyət, komanda meneceri, müşayiət edən şəxs və s.) müvafiq idman tədbiri üzrə əsasnamə, dəvətnamə və digər sənədlərə əsasən müəyyən olunur.
İdman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən Gənclər və İdman Nazirliyi gələn il üçün keçiriləcək idman tədbirlərinə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını cari ilin 1 iyul tarixinə qədər Maliyyə Nazirliyinə təqdim edir. Müvafiq idman federasiyası və ya digər aidiyyəti təşkilatlar Nazirlik tərəfindən ümumi hesablamaların hazırlanması məqsədilə bu Qaydalarda nəzərdə tutulmuş müddəti nəzərə alaraq keçiriləcək idman tədbirləri və tələb olunan zəruri vəsaitlərlə bağlı ilkin məlumatları Nazirliyə təqdim etməlidirlər. Ümumi hesablamalarda idman növləri üzrə keçiriləcək tədbirlərin iştirakçılarının sayı, tədbir günlərinin sayı, günlərin sayına görə adambaşına tələb olunan vəsait və tədbirin keçirilməsinə tələb olunan ümumi xərclərin məbləği öz əksini tapır.
Nazirlik ümumi hesablamalar əsasında ümumi xərclər smetasını hazırlayır və təsdiq edir.
İdman tədbirlərinin keçirilməsi zamanı iştirakçıların mehmanxana və gündəlik xərcləri (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) ezamiyyə xərclərinin normalarını müəyyən edən müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənir. Xaricdə keçirilən idman tədbirləri ilə bağlı tədbiri təşkil edən xarici təşkilatın təqdim etdiyi sənədlərdə fərqli məbləğlər nəzərdə tutulduqda ezamiyyə xərcləri təqdim edilən faktiki sənədlər (yarışlar haqqında əsasnamə, dəvətnamə, tənzimləyici normativ və təqdim olunan digər təsdiqedici sənədlər) əsasında ödənilir. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Beynəlxalq miqyaslı idman tədbirlərinin əsasnamələrində (dəvətnamələrində) nəzərdə tutulan xərclər həmin əsasnamələrə (dəvətnamələrə) uyğun ödənilir. Xarici ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirində iştirakla bağlı digər xərclər (iştirak haqqı, qeydiyyat haqqı, avadanlıqların daşınma və icarəsi, gömrük rüsumu və sair), viza və sığorta xərcləri təsdiqedici sənədlər əsasında ödənilir.
Azərbaycan Respublikasının ərazisində keçirilən respublika səviyyəli və beynəlxalq miqyaslı idman tədbirlərində idman qurğuları, avadanlıqların icarəsi, nəqliyyat xərcləri (nəqliyyat vasitələrinin icarəsi), tədbir yerinin tərtibatı və zəruri xidmətlərin (audiovizual avadanlıq, yarış zalının işıqlandırma sistemi, xalların hesablanması) göstərilməsi, təcili tibbi yardım xidmətinin göstərilməsi, xarici ölkələrin nümayəndə heyəti üzvlərinin mehmanxana, avtomobil, hava və dəmiryol nəqliyyatından istifadəsi ilə bağlı xərclər, idman təqdimatı (tədbirin musiqi tərtibatı, aparıcıları, idman növü ilə bağlı kontentin hazırlanması, tamaşaçılarla iş), media və sosial şəbəkələrdə işıqlandırma xərcləri müvafiq olaraq mövcud tariflərə və dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.
İdmançı zədələndikdə, fors-major hallar baş verdikdə və digər üzrlü səbəblərdən xarici ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirində iştirak etmədiyi halda, həmin idmançı və məşqçi üçün ödənilmiş vəsait (təyinatı üzrə xərclənmiş hissəsi istisna olmaqla) geri ödənilir.
Xidməti ezamiyyətlər zamanı idman tədbiri iştirakçılarının əməkhaqlarının saxlanılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
İdman tədbirlərində xidmətə görə hakimlərə verilən xidmət haqları bu Qaydaların 1 nömrəli əlavəsinə, Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirləri zamanı xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə bağlı xərclər bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.
İdman tədbirlərində iştirakın təmin edilməsi məqsədilə, zərurət yarandığı təqdirdə reys təyyarələri ilə yanaşı, çarter reysləri də təşkil oluna bilər.
İdman tədbirlərinin təşkili və keçirilməsi üzrə xərclərin strukturu aşağıdakı kimi müəyyənləşdirilir:
Azərbaycan Respublikasının ərazisində keçirilən respublika səviyyəli idman tədbirləri üzrə:
- ezamiyyə xərcləri;
- nəqliyyat xərcləri (ezamolunma yerinə getmək və qayıtmaq, nəqliyyat vasitəsinin icarə xərcləri);
- idman qurğuları və avadanlıqlarının icarəsi;
- tədbir yerinin tərtibatı və zəruri xidmətlər ilə bağlı xərclər;
- hakimlərin xidmət haqqı;
- təcili tibbi yardım xidməti;
- media və sosial şəbəkələrdə işıqlandırma xərcləri;
- idman təqdimatı xərcləri;
Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirləri üzrə:
- ezamiyyə xərcləri;
- nəqliyyat xərcləri (ezamolunma yerinə getmək və qayıtmaq, nəqliyyat vasitəsinin icarə xərcləri);
- xarici nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar xərclər;
- idman qurğuları və avadanlıqlarının icarəsi;
- tədbir yerinin tərtibatı və zəruri xidmətlər xərci;
- hakimlərin xidmət haqqı;
- təcili tibbi yardım xidməti;
- media və sosial şəbəkələrdə işıqlandırma xərcləri;
- idman təqdimatı xərcləri;
Xarici ölkələrdə keçirilən beynəlxalq miqyaslı idman tədbirləri üzrə:
- ezamiyyə xərcləri;
- nəqliyyat xərcləri (ezamolunma yerinə getmək və qayıtmaq, ölkədaxili xərclər);
- viza və sığorta xərcləri;
- beynəlxalq miqyaslı idman tədbirlərinin əsasnamələrində (dəvətnamə) nəzərdə tutulan xərclər;
- xarici ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirində iştirakla bağlı digər xərclər.
İdman tədbirlərinin keçirilməsinə məsul olan təşkilatlar tədbirin keçirilməsi üçün ayrılmış vəsaitlərin öz təyinatı üzrə düzgün xərclənməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
1 nömrəli əlavə
Hakimlərin xidmət haqqı NORMALARI
Hakim vəzifələrinin adı
Xidmət haqqının miqdarı (1 nəfərə, gündəlik, manatla)
Azərbaycan Respublikasının ərazisində keçirilən respublika səviyyəli
idman tədbirləri
Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirləri
Baş hakim
50
100
Hakimlər briqadasının üzvləri və yarışların baş katibi
25
50
Qeydlər: Hakimlərin xidmət haqqı onların öz funksiyalarını yerinə yetirdikləri günlər üçün nəzərdə tutulur. İdman yarışlarında xidmətə görə hakimlərə xidmət haqlarının verilməsi bu Qaydalarda nəzərdə tutulan digər maddi təminat növlərindən asılı olmayaraq həyata keçirilir. Hakim briqadasının say tərkibi idman növləri üzrə yarışların keçirilməsi haqqında qaydalara və əsasnamələrə (dəvətnamələrə) uyğun olaraq müəyyənləşdirilir. Tədbirin keçirildiyi şəhər (rayon) hakimin faktiki yaşayış yeri olduğu təqdirdə, ona qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin normalarına uyğun yemək xərci ödənilir.
2 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirləri zamanı xarici nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar
XƏRC NORMALARI
Heyətin tərkibi
Vəzifəsi
Xərclərin adı, xərc normasının yuxarı həddi (manatla)
Mehmanxa-na
(1 nəfər üçün)
Yemək (bir nəfər üçün, gündəlik)
Ölkədaxili nəqliyyat
avtomobil
hava
dəmir-yol
Olimpiya komitələri, beynəlxalq, Avropa və ölkə federasiyaları-nın prezidentləri, baş katibləri, şirkət rəhbərləri və müavinləri, görkəmli dövlət və ictimai
xadimlərin rəhbərlik
etdikləri nüma-yəndə heyəti
Nümayən-də heyətinin rəhbəri
Yarımlüks kateqoriyalı
Nahar yeməyi
- 40
Şam yeməyi - 60
“Sedan” tipli minik avtomobili ilə 1 gündə 12 saata qədər
Reys təyya-rəsi (biznes sinif)
1-ci sinif
Nümayən-də heyətinin üzvləri
Standart kateqoriyalı
10 nəfərə qədər olduqda, hər 3 üzvünə banı “Sedan” tipli 1 ədəd minik avtomobili, 10
nəfər və 10 nəfərdən çox olduqda, üzvlərin sayından asılı olaraq müvafiq tipli avtobusla 1 gündə 10 saata qədər
Reys təyya-rəsi (ekonom sinif)
Standart sinif
İdmançılar, məşqçilər, mütəxəssislər və rəsmi şəxslərdən ibarət xarici
Nümayən-də heyətinin rəhbəri
Standart kateqoriyalı
Nahar yeməyi
- 25
Şam yeməyi - 50
Reys təyya-rəsi (ekonom sinif)
Standart sinif
Nümayən-də
nümayəndə heyəti
heyətinin üzvləri
Qeydlər: Xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar, şam yeməyi verilməsi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalıdır. Tərcümə xidmətlərinin ödənişi: xarici ölkələrin nümayəndə heyətlərinə tərcümə xidməti xərcləri tərcümə xidməti göstərən hüquqi və ya fiziki şəxslərlə real bazar qiymətlərinə və dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış müqavilə və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir; xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 15 (on beş) nəfərədək olduqda hər nümayəndə heyəti üçün 1 (bir) nəfər tərcüməçi (müşayiət edən şəxs) təyin edilir; xarici nümayəndə heyətinin say tərkibindən asılı olmayaraq, hər nümayəndə heyətinə (nümayəndəsinə) tərcümə xidmətinə görə 1 (bir) nəfər tərcüməçi (müşayiət edən şəxs) təyin edilməsi onların ayrı-ayrı dil qruplarına mənsub olması zamanı tətbiq edilir. Qəbul edən tərəfin danışıqlarda iştirak edən nümayəndəsinə, tərcüməçiyə (müşayiət edən şəxsə) zəruri hallarda müvafiq xarici nümayəndə heyəti üçün müəyyən edilmiş yemək, mehmanxana, nəqliyyat, hava, yaxud dəmiryol nəqliyyatı ilə hərəkət normaları şamil edilir.
Firuzə Vahid idman yarışları xərc norma
Mənbə: apa.az