İbiza sahillərində 7 min ton dizel yanacağı daşıyan tanker batıb, bir nəfər ölüb

İbiza sahillərində 7 min ton dizel yanacağı daşıyan tanker batıb, bir nəfər ölüb

Tarix: 26 Nov 2026 12:09

İspaniyanın İbiza adası yaxınlığında 7 min ton dizel yanacağı daşıyan tanker batıb. Hadisə nəticəsində ekipaj üzvlərindən biri ölüb.

“Reuters”in məlumatına görə, Malta bayrağı altında üzən “Med Emre” adlı kimyəvi tanker noyabrın 26-da səhər saatlarında İbiza adasından təxminən 25 dəniz mili (46 kilometr) şimal-şərqdə batıb.

İspaniyanın Balear adalarının fövqəladə hallar xidmətinin məlumatına əsasən, gəminin 17 nəfərlik heyətinin hamısı xilas edilib. Onlardan biri birbaşa İbizadakı “Can Misses” xəstəxanasına çatdırıldıqdan sonra ölüb.

Xilasetmə əməliyyatında üç helikopter və yaxınlıqda olan ticarət gəmiləri də iştirak edib.

İlqar Xudiyev İspaniya İbiza tanker batıb

Mənbə: apa.az

Xəbər Lenti