Paşinyan Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanunun ləğvini mümkün hesab etmir

Paşinyan Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanunun ləğvini mümkün hesab etmir

Tarix: 26 Nov 2026 14:40

İrəvan Moskva ilə mövcud problemləri dostluq və qardaşlıq münasibətləri çərçivəsində həll etmək niyyətindədir.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya planlaşdırdığı səfərləri şərh edərkən jurnalistlərə bildirib.

“Rusiyaya zərər vurmaq istəyimiz, niyyətimiz və məqsədimiz yoxdur. Belə niyyətimiz nə əvvəllər olub, nə də gələcəkdə olacaq. Eyni münasibəti Rusiyadan da gözləyirik. Biz Rusiyanın suverenliyinə və maraqlarına hörmət edirik, lakin bütün hörmətimizlə yanaşı, öz suverenliyimizə və maraqlarımıza daha çox hörmət edirik. Burada həll yolları tapmalıyıq. Qeyd etməkdən məmnunam ki, haqqında danışdığınız gərginlik artmır, əksinə, azalır”, – Paşinyan vurğulayıb.

Baş nazir Ermənistanın Rusiya ilə qarşıdurma axtarmadığını və ikitərəfli münasibətlərdəki mübahisəli məsələləri dostluq və qardaşlıq ruhunda həll etmək niyyətində olduğunu bildirib.

Paşinyan Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanunun ləğvini mümkün hesab etmədiyini də qeyd edib.

Dəmir yolu məsələsinə toxunan Baş nazir Rusiyanın bu sahəyə böyük investisiyalar yatırmağa hazır olub-olmadığını müəyyənləşdirməyin əsas vəzifə olduğunu bildirib.

Qeyd edək ki, Paşinyan dekabrın 3-də, 11-də və 22-də Rusiyaya səfər etməyi planlaşdırır.

İlqar Xudiyev Paşinyan Ermənistan-Rusiya münasibətləri Aİ

Mənbə: apa.az

Xəbər Lenti