Cümə axşamı, 26 Noyabr, 2026
Tarix: 26 Nov 2026 13:43
Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, xüsusi əməliyyatlar üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev məlumat verib. O, meyit mübadiləsinin 250-nin 22-yə nisbətində həyata keçirildiyini söyləyib. Bildirib ki, Moskva Kiyev tərəfinə 250 ukraynalı hərbçinin, Kiyev isə Moskvaya 22 rusiyalı hərbçinin meyitini geri qaytarıb.
Rusiya Ukrayna hərbçiMənbə: apa.az