Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb - YENİLƏNİB

Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb - YENİLƏNİB

Tarix: 14 Dec 2025 23:20

Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.

***

21:08

Suriyanın təhlükəsizlik qüvvələri Tədmur şəhərində Suriya-ABŞ birgə patrul qüvvələrinə edilən hücuma cavab olaraq Homs vilayətində və Suriya səhrasının bir neçə ərazisində İŞİD-ə qarşı əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı məlumat yayıb.

Qeyd edək ki, şənbə günü silahlı şəxs Suriya-ABŞ birgə patrul qüvvələrinə atəş açaraq iki ABŞ hərbçisini və bir amerikalı mülki tərcüməçini öldürüb.

Suriya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hücum edən şəxs atışma zamanı zərərsizləşdirilib.

Mənbə: apa.az

Xəbər Lenti