Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 07.08.2024 10:11
BMT İranın açıq şəkildə ölkəmizə qarşı yönələn təhdidlərinə səssiz qalıb.
APA-nın “The Jerusalem Post”a istinadən məlumatına görə, bunu İsrailin adı çəkilən qurumdakı daimi nümayəndəsi Gilad Erdan bildirib.
O bildirib ki, rəsmi Tehranda bu yanaşma dünya ictimaiyyətinin onun əməllərindən razılığı, eləcə də İsrailə mümkün hücuma “yaşıl işıq” kimi qiymətləndirilir.
Qeyd edək ki, G.Erdanın bu vəzifədə səlahiyyət müddəti başa çatıb.