Pilotsuz təyyarələr Suriyanın şimal-şərqindəki ABŞ hərbi aerodromunu vurub

Tarix: 10.08.2024 05:26

Suriyada yerləşən ABŞ hərbi qüvvələrinin aviabazasına pilotsuz təyyarə ilə hücum edilib.

APA xəbər verir ki, “əl-Məyədin” telekanalının verdiyi məlumata görə, Harrab əl-Cairdəki hərbi obyektdə bir neçə partlayış baş verib və yanğın başlayıb.

ABŞ hərbçiləri arasında itki olub-olmadığı ilə bağlı isə hələlik heç bir məlumat yoxdur. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” qruplaşması öz üzərinə götürüb.

Qruplaşma əməliyyatları ABŞ-ın dəstəklədiyi İsrail rejiminin fələstinlilərə qarşı təcavüzünə cavab olaraq həyata keçirdiklərini bildiriblər.

Xəbər Lenti