Kurskda raketin evin üzərinə düşməsi nəticəsində 13 nəfər xəsarət alıb

Tarix: 11.08.2024 04:55

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Ukrayna raketinin Kurskda yaşayış binasına düşməsi nəticəsində 13 nəfərin yaralandığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Smirnov bunu öz şəxsi “Telegram” kanalında yazıb.

"Təəssüf ki, ukraynalı terrorçuların hücumu nəticəsində hazırda 13 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır", - deyə o, bildirib.

Xəbər Lenti