Türkiyənin Tokat bölgəsində yanğın: 5 hektar meşə sahəsinə ziyan dəyib

Tarix: 11.08.2024 16:53

Türkiyənin Tokat bölgəsində Turhal rayonunda meşə sahəsində baş verən yanğın söndürülüb.

APA TRT Haber-ə istinadən xəbər verir ki, yanğın zamanı təxminən 5 hektar meşə sahəsinə ziyan dəyib.

Rayonun Çamlık kəndində meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Bölgəyə sövq edilən Meşə Əməliyyat Müdirliyi qruplarının təxminən 3 saatlıq çalışması nəticəsində yanğın söndürülüb.

Yanğın zamanı təxminən 5 hektar meşə sahəsinə ziyan dəyib.

Xəbər Lenti