Bayden Trampı ABŞ təhlükəsizliyi üçün təhdid adlandırıb

Tarix: 12.08.2024 01:11

ABŞ prezidenti Co Bayden Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı ABŞ-ın təhlükəsizliyinə əsl təhdid adlandırıb.

APA xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində bildirib.

“Sözlərimi yadda saxlayın. Əgər Tramp bu seçkilərdə qalib gəlsə, hər şeyi diqqətlə izləmək lazım olacaq. O, təhlükədir və Amerikanın təhlükəsizliyi üçün əsl təhdiddir", - deyə Bayden bildirib.

Bayden Trampın ABŞ demokratiya institutlarına hörmət etmədiyini deyib. Onun sözlərinə görə ABŞ hazırda tarixin dönüş nöqtəsindədir və prezident seçkilərinin nəticəsi gələcək onilliklər üçün açar olacaq.

Xəbər Lenti