Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib

Tarix: 12.08.2024 02:52

Ukraynanın Enerqodar bölgəsində yerləşən Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib.

APA xəbər verir ki, Zaporojye vilayətinin rəhbəri Balitski Ukrayna ordusunun şəhəri atəşə tutmasından sonra Zaporojye AES-in soyutma sistemləri qurğusunda yanğın baş verdiyini bildirib.

“Hazırda stansiyanın 6 enerji blokunun hamısı soyuq vəziyyətdə dayanıb. Buxar partlayışı və ya digər fəsadlarla bağlı təhlükə yoxdur. Atom elektrik stansiyası və Enerqodar şəhəri ətrafında radiasiya normaldır.”, - deyə o bildirib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir və yanğınlar söndürülür.

Ukrayna prezidenti Vladimir Zelenski Zaporojya AES-də baş verən yanğında Rusiyanı günahlandırıb.

Xəbər Lenti