- Cümə axşamı, 3 Oktyabr, 2024
Tarix: 13.08.2024 17:31
18-20 sentyabr tarixlərində saat 18:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunacaq.
Bu barədə APA-ya Filarmoniyadan bildirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək layihə çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Ansamblı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin konsert proqramları baş tutacaq.
"Musiqi gücü" layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir.
Qeyd edək ki, konsertlərə giriş sərbəstdir.