“Google”dan bu ölkəyə milyonlarla axın ola bilər

Tarix: 14 Dec 2023 17:02

Axtarış motorunda çıxan informasiyaya görə, bu yaxınlarda Kanadaya illik 74 milyon dollar ödəyəcəyini açıqlayan “Google” Türkiyədə qanunla üz-üzə qalacaq.

“APA-Economics”in Türkiyə mediasına istinadən xəbərinə görə, artıq Türkiyə Böyük Millət Məclisində “Google” ilə bağlı bir sıra məsələlər müzakirə olunur. Əsas müzakirə olunan məsələlərdən biri isə axtarışda çıxan foto, video, mətn tipli informasiyalara görə “Google”un Türkiyəyə məxsus şirkətlərə pul ödəməsinin vacibliyi haqqındadır.

Artıq bununla bağlı ölkə qanunvericiliyinə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Belə ki, bu dəyişikliklər qüvvəyə mindikdən sonra təkcə “Google” deyil, eyni zamanda da digər rəqəmsal media platformaları – sosial şəbəkələr də Türkiyəyə məxsus şirkətlərə ödəniş etmiş olacaqlar.

TBMM-in Rəqəmsal Media Kmosisiyasının sədri Hüseyin Yayman bildirib ki, hazırkı vəziyyətdə ölkədəki bütün şirkətlərin məlumatı “Google”da var: “Yəni “Google” bizim məlumatlarımıza görə bu qədər zənginləşsə, ildən-ilə gəliri artsa da, bizə bu vəsaitdən heç nə çatmır. Yəni, indiki halda biz onun pulsuz işləyən işçiləri hesab oluna bilərik. Bu ədalətsizlikdir. Digər avropa ölkələrində olduğu kimi, “Google” axtarış sistemində çıxan Türkiyəyə məxsus məlumatlara görə pul ödəməlidir”.

“Növbəti ilin büdcəsi ilə bağlı danışıqlar tam yekunlaşdıqdan sonra bu məsələ yenidən gündəmə gətiriləcək, “Google”şirkətinin təmçsilçisi TBMM-ə dəvət olunacaq”, - deyə o əlavə edib.

Xəbər Lenti