Fransada iki hərbi təyyarə qəzaya uğrayıb

Tarix: 14.08.2024 16:21

Fransanın şimal-şərq hissəsində Hərbi Hava Qüvvələrinə məxsus “Mirage” markalı iki qırıcı təyyarə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə “L'Est Republican” nəşri internet səhifəsində məlumat verib.

Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahından verilən məlumatda deyilir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Xəbər Lenti