Mahmud Abbas Türkiyədə səfərdədir - YENİLƏNİB

Tarix: 14.08.2024 21:01

Fələstin dövlətinin başçısı Mahmud Abbas Türkiyədə səfərdədir. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Qeyd edək ki, M. Abbas sabah Türkiyə Böyük Millət Məclisində çıxış edəcək.

*** 16:27 Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bu gün Türkiyəyə gələcək. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) quruluşunun 23-cü ildönümi münasibətilə rəsmi mərasimdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Mahmud Abbas sabah Türkiyə Böyük Millət Məclisində çıxış edəcək.

Xəbər Lenti