Argentinanın keçmiş prezidenti məişət zorakılığında ittiham olunur

Tarix: 15.08.2024 04:25

Ailədaxili zorakılıqda şübhəli bilinən Argentinanın keçmiş lideri Alberto Fernandesə qarşı cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə “La Nacion” məlumat yayıb.

Eks-prezidentə qarşı onun vətəndaş nikahında olduğu Fabiola Yanezin səhhətinə ağır zərər vurmaq ittihamı irəli sürülüb.

Hazırda hüquq-mühafizə orqanları rəsmilərdən və Fernandezin keçmiş müalicə həkimindən məlumat toplayır.

Xəbər Lenti