İsrail XİN Azərbaycan və daha 3 ölkədəki vətəndaşlarına xəbərdarlıq edib

İsrail XİN Azərbaycan və daha 3 ölkədəki vətəndaşlarına xəbərdarlıq edib

Tarix: 15 Aug 2024 17:14

İsrailin Xarici İşlər Nazirliyi İranla həmsərhəd olan Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın məlumatına görə, XİN-in saytında yerləşdirilən çağırışda onlara İran tərəfindən gələ biləcək təhlükələrə qarşı diqqətli və ehtiyatlı davranmalı olduqları bildirilib.

Qeyd olunub ki, təhlükə vətəndaşlarla yanaşı, İsrailin dövlət rəmzlərinə qarşı da yönələ bilər.

Mənbə: apa.az

Xəbər Lenti