Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 15 Aug 2024 19:44
Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə ilə bağlı anlaşma memorandumu imzalanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iraqlı həmkarı Fuad Hüseyn ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu sənəd son zamanlar iki ölkə arasında başladılan ortaq əməkdaşlıq və təhlükəsizlik addımlarını daha da dərinləşdirəcək.