Qəzza üzrə danışıqların Doha raundu başa çatıb, görüş konstruktiv mühitdə keçib - YENİLƏNİB

Tarix: 16 Aug 2024 18:13

Dohada Qəzza ilə bağlı danışıqlar ciddi, konstruktiv və müsbət mühitdə keçib.

APA xəbər verir ki, bu barədə Misir, Qətər və ABŞ-ın birgə bəyanatında deyilir.

***

18:13

Qəzza üzrə danışıqların Doha raundu başa çatıb.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

O qeyd edib ki, danışıqların nəticəsi ilə bağlı bəyanat yayımlanacaq.

İsrail mediasının məlumatına görə, Dohada atəşkəs danışıqlarında iştirak edən İsrail nümayəndə heyəti bu axşam ölkəyə qayıdacaq.

Qeyd edək ki, ötən gün Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb.

Görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edib.

Dohada keçirilən danışıqlara HAMAS nümayəndələri qatılmayıb.

Xəbər Lenti