Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 17 Aug 2024 02:03
ABŞ tarixində ilk dəfə olaraq ərzaq qiymətlərinin həddən artıq artmasına federal qadağa qoyula bilər.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Demokratlar Partiyasından prezidentliyə namizəd olan vitse-prezident Kamala Harris deyib.
Onun sözlərinə görə, bu, seçkidə qalib gələcəyi təqdirdə verəcəyi qərarlardan biri olacaq.
“Mən ərzaq qiymətlərinin qaldırılmasına dair ilk federal qadağanı qəbul etməyə çalışacağam. Mənim planım böhranlardan istifadə edən və qaydaları pozan fürsətçi şirkətlər üçün yeni cəzalar ehtiva edəcək və biz qaydalara riayət edən və irəli getməyə çalışan kiçik qida bizneslərini dəstəkləyəcəyik", - deyə o bildirib.