Bazar ertəsi, 24 Noyabr, 2025
Tarix: 17.08.2024 07:30
ABŞ Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının (PUA) modifikasiyası proqramını həyata keçirmək üçün “General Atomics” şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzalayıb.
APA xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Bəyanatda həmçinin bildirilir ki, müqavilə uzadılmış uçuş məsafəsinə malik taktiki orta hündürlükdə olan MQ-9 və MQ-1C kimi PUA-ların modifikasiyası ilə bağlı proqramı əhatə edəcək.
Pentaqon müqavilə üzrə işlərin 16 avqust 2029-cu ilə qədər tamamlanacağını planlaşdırır.