Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 18.08.2024 00:17
Türkiyədə hələ ki, meymunçiçəyinin yeni ştamına yoluxma halı qeydə alınmayıb.
APA xəbər verir ki, bunu “Habertürk” telekanalına açıqlamasında ölkənin səhiyyə naziri Kemal Memişoğlu deyib.
“Hazırda vətəndaşlarımızın təşviş üçün heç bir əsası yoxdur. Müvafiq hazırlıq işlərini və planlaşdırma işlərini görmüşük. Türkiyədə hələ ki meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb”, - nazir vurğulayıb.