Rusiyada 7 bal gücündə zəlzələ baş verib

Tarix: 18.08.2024 00:20

Rusiyanın Kamçatka bölgəsində Sakit okeanda 7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi yayıb.

Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskiy şəhərindən 108 km cənub-şərqdə yerləşib.

Şəhərin bəzi ərazilərində zəlzələ 7 bal gücündə hiss olunub.