Misir XİN bütün tərəfləri Qəzza zolağında münaqişəni genişləndirməkdən çəkinməyə çağırıb

Tarix: 18.08.2024 07:37

Bölgədəki bütün tərəflər Qəzza zolağında münaqişəni genişləndirməkdən çəkinməlidirlər, çünki bu, Yaxın Şərqdə təhlükəsizliyə xələl gətirə bilər.

APA xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Atanın iranlı həmkarı Əli Baqiri Kani ilə telefon danışığı zamanı bildirib.

“Beynəlxalq ictimaiyyət indi həmişəkindən daha kəskin şəkildə dərk edir ki, Qəzzada müharibə dayandırılmalı və girovların məhbuslarla dəyişdirilməsi ilə bağlı saziş bağlanmalıdır”, - XİN başçısı vurğulayıb.

Xəbər Lenti